Dünya birjalarında: Dollar yüksəldi, Bitkoin 81 min dolları keçdi

11:40 - 28.08.2026


28 avqust, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşun Cekson Houl simpoziumundakı kritik çıxışı öncəsi qlobal maliyyə bazarlarında gözləmə mövqeyi hakimdir.

ABŞ dollarının indeksi 99,18 bənd səviyyəsinədək yüksələrək həftəlik maksimuma çatıb. Sərt monetar siyasət və faiz artımı ehtimallarının güclənməsi fonunda treyderlər FED-in sentyabr ayında faiz dərəcəsini qaldırmaq şansını 35%, dekabradək isə 75% qiymətləndirirlər.

Valyuta bazarında avro 1,1645 dollar, funt-sterlinq 1,3588 dollar, yapon yeni isə 159,55 dollar səviyyəsində qərarlaşıb. Avstraliya dolları 0,7205 ABŞ dolları  ilə 3 aylıq zirvəyə qalxsa da, Kanada dolları (1,3844 ABŞ dolları ) ticarət gərginliyi səbəbindən ucuzlaşır. Kriptovalyuta bazarında isə əsl rallidir: "Bitcoin" 81 000 dollar  həddini aşaraq avqust ayını 30%-ə yaxın rekord artımla başa vurmağa yönəlib.