"Azərkosmos" peyk xidmətlərinin ixracından 15 milyon dollardan çox gəlir əldə edib

12:35 - 28.08.2026


28 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayını təqdim edib.

İcmala əsasən, 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 35 ölkəsindən olan 95-ə yaxın şirkətə 15,2 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib. Hesabat dövrü ərzində formalaşan ümumi gəlirlərin 62 faizini ixrac əməliyyatları təşkil edib.

Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,9 milyon ABŞ dolları ilə Lüksemburq, 730,3 min ABŞ dolları ilə Türkiyə, 669,3 min ABŞ dolları ilə Pakistan və 382,5 min ABŞ dolları ilə Misir qərarlaşıb. Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.