Satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib

15:38 - 28.08.2026


28 avqust, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.

Fondun məlumatına görə, 28 avqust 2026-cı il tarixinə qədər bu mexanizm vasitəsilə 10 015 ailənin mənzil şəraiti yaxşılaşıb. Onlardan 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür. Mənzil alan vətəndaşların 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

İndiyədək Fond tərəfindən Bakı, Sumqayıt və Abşeron rayonu üzrə ümumilikdə 17 ünvanda tam təmirli və infrastrukturla təmin olunmuş mənzillər vətəndaşlara təqdim edilib. İlin sonunadək müqavilələrin sayının daha da artacağı gözlənilir.