Banklarımız COP29 ərəfəsində maliyyə öhdəliklərini elan edəcəklər

10:28 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakıda keçirilən "Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu" keçirilir.

ABC.AZ-ın məlumatına görə, forumda Mərkəzi Bankın sədri Taleh Kazımov yaşıl istiqraz haqqında danışarkən bildirib ki, Mərkəzi Bank hüququ bazanı formalaşdırıb:

"Son üç ildə kredit portfeli 18,4 faiz artıb. Banklar COP29 ərəfəsində maliyyə öhdəliklərini elan edəcəklər. Mərkəzi Bank, həmçinin Yol xəritəsində insan kapitalının inkişafına fokuslanıb. Hər bir ölkə, eləcə də Azərbaycan üçün bu istiqamət yenidir".