16:01 - 16.10.2024
16 oktyabr, Fineko/abc.az. İran Xərq adası yaxınlığında neft dağılmasının aradan qaldırılması üzərində işləyir.
ABC.AZ İranın İRNA informasiya agentliyinə istinadən xəbər verilir ki, Xərqə neft gətirən neft kəmərlərində sızma barədə bazar günü məlumat verilib, bütün tədbirlər görülüb. Digər iki sızma yeri dronlar tərəfindən aşkar edilib. Sızıntının həcmi dəqiqləşdirilməyib.
İran karbohidrogenlərinin əksəriyyəti ölkənin cənub əyalətlərində hasil olunur. İranın neft ixracının təxminən 90%-i Fars körfəzindəki Xərq adasından göndərilir.
Xatırladaq ki, İran İsrailin raket hücumundan qorxaraq Xərqdən neft tankerlərini çıxarır.
25 İyul 2026