15:55 - 24.11.2026
24 noyabr, Fineko/abc.az. “Datahub” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verərək ləğv olunduğunu rəsmən açıqlayıb.
Bununla əlaqədar olaraq, şirkət qarşısında maliyyə və ya digər tələbləri olan kreditorlar iki ay müddətində öz müraciətlərini təqdim edə bilərlər.
Məlumata görə, elanda müraciətlərin qəbulu üçün Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28, mənzil 19 (AZ1025) ünvanı qeyd olunub.
Xatırladaq ki, “Datahub” MMC fəaliyyəti dövründə müxtəlif sosial tədqiqat layihələrinin icrasında yaxından iştirak edib. Belə ki, Avrasiya Əməkdaşlıq Fondunun açıqladığı məlumatlarda şirkətin sözügedən fondla tərəfdaşlıq çərçivəsində “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsünü reallaşdırdığı bildirilir.
Həmin layihə çərçivəsində gender bərabərliyi və dayanıqlı inkişaf istiqamətində araşdırmalar aparılmaqla yanaşı, Mingəçevir, Şirvan və Quba-Xaçmaz bölgələrindəki yerli vətəndaş cəmiyyəti təşəbbüslərinə də dəstək verilib.
Qeyd edək ki, “Datahub” MMC 2018-ci il martın 7-də Bakıda dövlət qeydiyyatına alınıb və şirkətin nizamnamə kapitalı 10 manat təşkil edib.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026