17:08 - 24.11.2026
24 noyabr, Fineko/abc.az. Azərbaycanda kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini dəstəkləmək məqsədilə Vergi Məcəlləsinə dəyişiklik layihəsində yeni güzəşt mexanizmi nəzərdə tutulur.
Dövlət Vergi Xidmətinin idarə rəisinin müavini Günel Bəhramqızının sözlərinə görə, kiçik sahibkarlıq kateqoriyasında ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və illik dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmayan subyektlərə gəlir (mənfəət) vergisinin 25 faizi həcmində güzəşt veriləcək.
Güzəşt 5 il müddətinə və vergi ili üzrə əmək münasibətləri pozulmadığı halda tətbiq ediləcək.
Rəis müavini bildirib ki, bu mexanizm rəsmi məşğulluğun qorunmasına, dövriyyənin süni azaldılmasının qarşısının alınmasına və vergi öhdəliklərinin könüllü icrasına təkan verəcək.
Məsələn, illik dövriyyəsi 500 min manatdan 700 min manata yüksələn, vergi borcu olmayan və əmək qanunvericiliyini pozmayan müəssisəyə 80 min manat mənfəət vergisi hesablandıqda, yeni güzəşt sayəsində vergi yükü 25 faiz (20 min manat) azaldılacaq və sahibkar 60 min manat ödəyəcək.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026