Azərbaycanda bu sahəyə çəkilən xərclər artıb

17:29 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az. Azərbaycanda 2025-ci ildə ətraf mühitin mühafizəsinə çəkilən ümumi xərclər 394.7 milyon manat təşkil edib.

Məlumata əsasən, bu, 2024-cü illə müqayisədə təxminən 26.5 faiz artım deməkdir. Xərclərin ən böyük hissəsi əsas kapitala yönəldilən ekoloji investisiyaların payına düşüb.

Belə ki, ətraf mühitin qorunması və təbii resurslardan səmərəli istifadə üçün əsas kapitala yönəldilən investisiyalar 285.4 milyon manat olub.

Cari ekoloji xərclər isə 70 milyon manatı keçib.