14:24 - 25.11.2026
25 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılır.
Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək bu qurum meşəçilik sahəsində təlimlərin təşkili, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə tinglərin yetişdirilməsi ilə məşğul olacaq.
Fərmana görə, Nazirlər Kabineti iki ay müddətində Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiqləməli, maddi-texniki təminatı ilə bağlı tədbirlər görməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə eyni müddət ərzində Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu təsdiq edəcək.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026