16:43 - 26.11.2026
26 Noyabr, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ümumi valyuta ehtiyatları noyabrın 20-də başa çatan həftədə kəskin azalaraq may ayından bəri ən aşağı həddə düşüb.
Tənzimləyici qurumun rəsmi statistikasına əsasən, hesabat həftəsində ümumi ehtiyatlar 17 milyard dollar azalaraq 142 milyard dollar təşkil edib. Eyni dövrdə xalis ehtiyatlarda da sürətli geriləmə qeydə alınıb — bu göstərici 41,3 milyard dollardan 24,2 milyard dollara enib.
Mərkəzi Bankın svop əməliyyatları istisna olmaqla xalis ehtiyatları isə həftə ərzində 16,9 milyard dollar azalaraq 11,6 milyard dollar səviyyəsinə düşüb.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026