16:25 - 25.11.2026
25 noyabr, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycana aid hissəsinin sahilboyu ərazilərinə xüsusi status verilməsi, bu ərazilərin zonalara bölünməsi və hüquqi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Bununla əlaqədar Baş nazir Əli Əsədov Prezidentin noyabrın 16-da imzaladığı fərmanın icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla razılaşdırılmış təklifləri beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Həmin təkliflər sahilboyu ərazilərdə ekoloji mühafizə, iqtisadi fəaliyyət və turizm sahələrində qurumların fəaliyyətinin əlaqələndirilməsini, su ilə qurunun mövcud təmas xətti nəzərə alınmaqla ərazinin sərhəd və ölçülərinin kağız və rəqəmsal qrafik təsvirini əhatə edəcək.
Bundan başqa, torpaqların qanunsuz zəbtinin qarşısının alınması, dövlət nəzarətinin təkmilləşdirilməsi, eləcə də inzibati və cinayət məsuliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər də hazırlanacaq. Sərəncam noyabrın 25-də, imzalandığı gün qüvvəyə minib.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026