Bu dövlət rüsumu 4 dəfə azaldılır

17:26 - 24.11.2026


24 noyabr, Fineko/abc.az. Milli Məclisin müzakirəsinə təqdim edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumu 100 manatdan 25 manata endiriləcək.

Hazırda yüksək rüsum səbəbindən vətəndaşlar aşkar və mübahisəsiz kiçik tələblər üzrə 3 gün ərzində baxılan sadələşdirilmiş əmr icraatı əvəzinə, daha ucuz başa gələn ümumi iddia icraatına (məsələn, 1 000 manatadək iddialarda rüsum 30 manatdır) üstünlük verirlər.

Bu isə məhkəmələrin iş yükünü və xərclərini artırır.

Dəyişiklik ərizəçiləri əmr icraatına təşviq etməklə mübahisələrin daha operativ həllinə və məhkəmə resurslarından səmərəli istifadəyə şərait yaradacaq.