Daha 90 mənzil satmaq öhdəliyi ilə kirayəyə verilir

17:13 - 24.11.2026


24 noyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı (Binəqədi rayonu, Cəfər Xəndan küçəsi – 31 mənzil), Sumqayıt (Sülh prospekti – 31 mənzil) və Abşeronda (Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi – 28 mənzil) yerləşən 90 tam təmirli mənzili vətəndaşların istifadəsinə təqdim edir.

Aylıq ödənişləri 445 manatdan başlayan 1, 2 və 3 otaqlı mənzillərin seçiminə dekabrın 1-i saat 15:00-da start veriləcək.

Müraciətlər “Mygov” portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən qəbul olunacaq və “SİMA İmza” ilə biometrik qaydada təsdiqlənəcək.

Qeyd edək ki, imtina səbəbindən boşalan mənzillər hər iş günü saat 11:00-da yenidən seçimə çıxarılır.

Ətraflı məlumat üçün Fondun rəsmi saytına və ya 1549 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.