Azərbaycana minik avtomobillərinin idxalı 33,6% azalıb

17:27 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycana 1,08 milyard dollar dəyərində 57 742 ədəd minik avtomobili gətirilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 33,6% (29 167 ədəd), ümumi dəyər isə 529,5 milyon dollar (1,61 milyard dollardan) azalıb.

Bununla yanaşı, bir avtomobilin orta idxal dəyəri 0,9% artaraq 18 486 dollardan 18 654 dollara yüksəlib. 

Azalma əsasən ekoloji təmiz nəqliyyat vasitələrinin hesabına baş verib. Belə ki, xarici mənbədən şarj olunan hibridlərin idxalı 65,4% azalaraq 37 476 ədəddən 12 970 ədədə, şarj olunmayan hibridlərin idxalı 57,8% azalaraq 13 657 ədəddən 5 763 ədədə, tam elektrik avtomobillərinin idxalı isə 59,2% azalaraq 1 732 ədəddən 706 ədədə düşüb.

Nəticədə hibrid və elektromobillərin ümumi idxaldakı payı bir ildə 60,8%-dən 33,7%-ə enib, digər minik avtomobillərinin idxalı isə 12,5% artaraq 38 303 ədədə çatıb.

Həmçinin ilk on ayda yük avtomobillərinin idxalı 8,2% azalaraq 6 047 ədədə, avtobusların idxalı isə 15,8% azalaraq 591 ədədə düşsə də, avtobus idxalının dəyəri 30,2% artımla 97,3 milyon dollar təşkil edib.