Bu ilin 8 ayında Azərbaycanda boşanmaların sayı azalıb

17:53 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2024-cü ilin yanvar-avqust aylarında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrində 30 788 nikah və 14 248 boşanma qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin 1 000 nəfərinə düşən nikahların sayı 5-dən 4.5-ə, boşanmaların sayı isə 2.2-dən 2.1-ə enib.