11:42 - 14.10.2024
14 oktyabr, Fineko/abc.az. “Telegram” Qazaxıstanda ofis açır, bu barədə respublikanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev məlumat verib.
ABC.AZ xəbər verir ki, Qazaxıstan qanunvericiliyinə görə, messencerlərin respublikada nümayəndəsi olmalıdır.
Nazirin sözlərinə görə, ölkə qeyri-qanuni məzmunu dərhal silmək və “destruktiv kanalları” bloklamaq üçün “Telegram” ilə fəal əməkdaşlıq edir.
Sentyabrın 23-də “Telegram”ın təsisçisi Pavel Durov istifadəçi müqaviləsinin yenilənməsini elan edib. İndi messencerin qaydalarını pozanların IP ünvanları və telefon nömrələri “ağlabatan qanuni tələblər” əsasında “müvafiq orqanlara açıqlana bilər”.
“Telegram” messencer olaraq 2013-cü ildə populyarlıq qazanmağa başlayıb.
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026