15:48 - 10.10.2024
10 oktyabr, Fineko/abc.az. ABŞ-ın blokçeyn startapı Ripple (XRP) kripto mühafizəsi sahəsinə böyük addım ataraq, banklara və maliyyə texnologiyaları şirkətlərinə müştərilər adından rəqəmsal aktivləri saxlamağa kömək edəcək yeni xidmətlər təqdim edib.
ABC.AZ xəbər verir ki, San Fransiskoda mənzillənən şirkətdən bu barədə “CNBC”yə bildirib.
Yeni yaradılan Ripple “Custody” bölməsi altında mühafizə sahəsinə genişlənmək məqsədilə bank və fintex müştərilərinə rəqəmsal tokenləri saxlamaq və idarə etmək imkanı verən bir sıra funksiyalar təqdim edir.