Sakarya yatağında işləmək üçün ilk FPSO Türkiyəyə çatıb

16:11 - 23.09.2024


23 sentyabr, Fineko/abc.az. Türkiyəyə neft və qazın hasilatı, saxlanması və daşınması üçün 1-ci üzən qurğu (FPSO) çatıb, onun istismarının 2026-cı ildə Qara dənizdəki Sakarya qaz yatağında başlanması gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri A. Bayraktar məlumat verib.

Türk FPSO Sakarya yatağının 2-ci mərhələsində işləmək üçün nəzərdə tutulub. Gəmi Turkish Petroleum (TPAO) tərəfindən Norveçin BW Offshore FPSO BW Opportunity şirkətindən satın alınmışdı və Sinqapurda modernləşdirilmişdi. Gəminin uzunluğu 298,45 m, eni 56 m, hündürlüyü 58 m təşkil edir. Maksimum emal gücü gündə 10,5 milyon m3 təşkil edir.