17:27 - 29.08.2024
29 avqust, Fineko/abc.az. Ukrayna “Qazprom”la müqavilə bitdikdən sonra Rusiya qazı istisna olmaqla, Azərbaycan, Qazaxıstan və "hər hansı digər" qazı Avropaya nəql etməyə hazırdır.
ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Avropanın hər hansı bir ölkəsi Qazaxıstan qazını, Azərbaycan qazını və ya başqa bir qazı almağı zəruri hesab edirsə, biz onu nəql etməyə hazırıq", - deyə o bildirib.
Avqustun 27-də Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev “Qazprom”la ilin sonunda başa çatacaq Rusiya qazının tranziti ilə bağlı razılaşmanı uzatmayacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna hakimiyyətinin müqaviləni uzatmaqdan imtina etdiyini şərh edərək, Rusiyanın Avropaya alternativ tədarük marşrutlarına sahib olduğunu deyib.
18 Avqust 2026
17 Avqust 2026