10:37 - 29.08.2024
29 avqust, Fineko/abc.az. Avropa Komissiyası “Telegram”la bağlı texniki araşdırmaya başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə VC.ru məlumat yayıb.
Tənzimləyici hesab edir ki, messencer rəqəmsal xidmətlər haqqında qanunun (DSA) altına düşməmək üçün Aİ-də istifadəçilərin sayını olduğundan az göstərib.
Qeyd edək ki, qanun 2023-cü ildə qüvvəyə minib və Avropada rəqəmsal platformaların fəaliyyətinə nəzarəti gücləndirib.
DSA-nın bəzi müddəaları yalnız Aİ-də aylıq 45 milyondan çox aktiv istifadəçi auditoriyası olan böyük xidmətlərə aiddir. 2024-cü ilin əvvəlində “Telegram” Avropada 41 milyon istifadəçinin olduğunu bildirmişdi.
Avropa Komissiyası qeyd edir ki, tənzimləyici “Telegram”ın təqdim etdiyi məlumatların nə qədər dəqiq olduğunu müstəqil şəkildə yoxlamaq imkanına malikdir. İstifadəçilərin sayı daha çox olarsa, messencer birtərəfli qaydada böyük xidmətlər sırasına daxil ediləcək.