“Azərenerji” ASC bu iş üçün 113 min manat xərcləyəcək

15:17 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. “Azərenerji” ASC təbqiğat işləri üzrə sifarişlərə 113 min manat xərcləməyi planlaşdırır.

Qurum bunun üçün “Red N Line” MMC ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkət “Azərenerji” ASC-yə müxtəlif ölçülərdə bannerlərin, şəkillərin, söz və şüarların, enerjisistemə aid xəritələrin çapı, güşələrin yığılması, albom və video-roliklərin hazırlanması xidmətləri təqdim edəcək. Bu işlər üzrə sifarişin məbləği 112 min 985 manatdır.