11:41 - 6.08.2024
6 avqust, Fineko/abc.az. Hindistanın Baş naziri Narendra Modi avqustun 2-dən 7-dək Yeni Dehlidə keçirilən 32-ci Beynəlxalq aqrar iqtisadçılar konfransının (ICAE) açılışında çıxış edib.
ABC.AZ xəbər verir ki, o, xüsusilə ölkədə kənd təsərrüfatının inkişafından danışıb.
"Bu gün Hindistan qida artıqlığının müşahidə olunduğu ölkədir — süd, paxlalılar və ədviyyatların iri istehsalçısı, habelə qida taxılı, meyvələr, tərəvəzlər, pambıq, şəkər, çay və yetişdirilən balıqların ikinci ən böyük istehsalçısıdır", - deyə o bildirib.
Baş nazir qeyd edib ki, sənayedə işləyənlərin 90%-i kiçik torpaq sahələrinə sahib olan kiçik fermerlərdir. Onun sözlərinə görə, ölkəni bu sahədə özünü təmin edən və onun ərzaq təhlükəsizliyinin əsasını təşkil edən məhz onlardır.
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026