12:35 - 2.11.2017
Azərbaycan Mərkəzi Bankı növbəti depozit hərracını 6 noyabr tarixinə təyin etdi.
AMB-nın məlumatında deyildiyi kimi, hərrac vasitəsilə 10,01-14,99% dərəcəsi üzrə 100 milyon manat cəlb etmək planlaşdırılır.
“Vəsaitlər 14 günə cəlb ediləcək”, - AMB-nın məlumatında belə deyilmişdir.
AMB-nın depozit hərracı “Bloomberg” ticarət platformasında keçirilir. Hərraclar 13 iyun 2016-cı il tarixindən keçirilir.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026