11:58 - 8.08.2018
8 avqust, Fineko/abc.az. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ləğv mərhələsində olan bankların daşınar və daçınmaz əmlaklarının satılması üzrə hərrac keçirəcək.
AƏSF-in məlumatında deyilir ki, “Bank Standard”, “Texnikabank”, “Atrabank”, “Kredobank”, “Bank of Azerbaijan”, “Royalbank” banklarının əmlakları 29 lot üzrə hərraca çlxarılacaq.
“8 sentyabr tarixində keçiriləcək hərraca 9 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, Bakıda 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd posterminal satışa çıxarılacaq”, - məlumatda belə deyilir.
Satışa çıxarılacaq əmlaklarla növbəti linkə keçid alıb tanış olmaq olar: http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=40
Hərrac Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanında keçiriləcək.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026