15:22 - 16.05.2024
16 may, Fineko/abc.az. Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı 2024-cü ilin may ayına qədər illik ifadədə 18,4 % artıb.
ABC.AZ "Report"a istinadən xəbər verir ki, Milli Statistika Bürosunun məlumatına əsasən, bu il mayın 1-nə ölkədə qeydiyyatdan keçmiş Azərbaycan şirkətlərinin sayı 1 459 təşkil edib.
Statistik məlumatlara əsasən, Azərbaycandan olan aktiv fəaliyyət göstərən şirkətlərin sayı 1 165-i kiçik, 5-i orta və 2-si iri olmaqla 1 172 (18,9 % çox) olub.
Ölkənin regionları arasında ən çox Azərbaycan şirkətləri Astanada (283), Almatıda (399) və Manqistau vilayətində (211) fəaliyyət göstərir.
Qazaxıstanda ən çox sayda Azərbaycan şirkəti topdansatış və pərakəndə ticarət, avtomobil və motosiklet təmiri (500), tikinti (187), müxtəlif xidmətlər (117), yaşayış və qida (55), emal sənayesi (51), nəqliyyat və anbar (44), peşəkar, elmi və texniki fəaliyyət (35), daşınmaz əmlak əməliyyatları (35), inzibati və yardımçı xidmətlər (29), səhiyyə və sosial xidmətlər (24), informasiya və rabitə (9) və digər sahələrdə fəaliyyət göstərir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026