Neft ucuzlaşır, Brent bir barelə $84,42 təşkil edir

10:25 - 13.05.2024


13 may, Fineko/abc.az. Bazar ertəsi hərraclarda etalon markaların qiyməti aşağı düşür.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 10:15-də $0,12 (0,14%) azalaraq bir barel üçün $82,67-a düşüb. Mayın 10-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $1,09 (1,30%) ucuzlaşaraq bir barelə $82,79-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 10:15-də $0,08 (0,10%), bir barel üçün $78,18-a düşdü. Mayın 10-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti bir barelə $1,00 (1,26%) azalaraq $78,26-a düşüb.

Ötən həftə Brent markalı neft 0,2% ucuzlaşıb, WTI markalı neft isə 0,2% bahalaşıb.