Səudiyyə Ərəbistanı və BƏƏ Asiyanın neft ehtiyatlarını artırmasına dəstək verəcək

11:43 - 5.10.2026


5 Oktyabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft idxalından asılı olan, lakin kifayət qədər ehtiyatı olmayan Asiya ölkələrinin strateji neft ehtiyatlarını artırmasına dəstək göstərəcək.

"Nikkei" xəbər verir ki, Yaponiyanın təşəbbüsü ilə yaradılan və 11 ölkəni birləşdirən Asiya Sıfır Emissiya İcmasının (AZEC) Filippində keçiriləcək nazirlər toplantısına Səudiyyə Ərəbistanı və BƏƏ-nin yüksək səviyyəli nümayəndələri də qatılacaq.

Ərəb körfəzi ölkələrinin Asiyada neft rezervlərinin yaradılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində rəsmi əməkdaşlıq niyyətlərini bəyan edəcəkləri gözlənilir.