16:48 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. Valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürmək istəyən şəxslər üçün sosial işçi ilə görüş və təlim müddətləri qısaldılır.
Bu barədə Prezident İlham Əliyev "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik haqqında Fərman imzalayıb.
Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 ay müddətində ayda ən azı 20 saat olmaqla görüş təşkil ediləcək.
Əvvəlki qaydaya əsasən, bu, 2 ay ərzində ən azı 40 saat idi.
Həmçinin valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında müddət 10 gün ərzində 6 saatadək qısaldıla bilər. Əvvəlki qaydada bu, 20 gün müddətində 12 saatadək idi.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026