10:19 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya regionunda inklüziv və dayanıqlı artımı dəstəkləmək məqsədilə 1 milyon ABŞ dolları həcmində regional texniki yardım qrantını təsdiqləyib.
2026-cı ilin sentyabrından 2030-cu ilin sentyabrınadək icra olunacaq proqram Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistanı əhatə edir.
Qrant vəsaitinin 30%-i (300 min dollar) Tacikistana, 20%-i (200 min dollar) Qazaxıstana, 15%-i (150 min dollar) Azərbaycana, 15%-i (150 min dollar) Ermənistana, 10%-i (100 min dollar) Pakistana, 5%-i (50 min dollar) Qırğızıstana və 5%-i (50 min dollar) Özbəkistana həvalə olunub.
ADB tərəfindən idarə olunan layihə kənd və ucqar ərazilərdə rəqəmsal fərqin aradan qaldırılmasına, kibertəhlükəsizliyin gücləndirilməsinə və süni intellekt kimi qabaqcıl texnologiyaların tətbiqinə yönəlib.
Bu çərçivədə Tacikistanda məktəblərin internetə qoşulması, Qazaxıstanda süni intellekt və kibertəhlükəsizlik investisiyalarının qiymətləndirilməsi, Özbəkistanda yarımkeçiricilər sənayesinin formalaşdırılması, Qırğızıstanda süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası, Azərbaycan, Ermənistan və Pakistanda isə rəqəmsal sahənin diaqnostikası ilə investisiya portfelinin tərtibi nəzərdə tutulur.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026