09:37 - 2.10.2026
2 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki sessiyanın yekunlarına görə qeydə alınan artımdan sonra 2 oktyabr ticarət əməliyyatları zamanı aşağı düşür.
Saat 09:35-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin dekabr fyuçersi 0,24 dollar (0,23%) ucuzlaşaraq bir barel üçün 102,07 dollar olub. Oktyabrın 1-nə olan ticarət yekunlarına əsasən, bu müqavilənin qiyməti 4,28 dollar (4,37%) artaraq bir barel üçün 102,31 dollar təşkil etmişdi.
"NYMEX" birjasında "WTI" neftinin noyabr fyuçersi isə saat 09:35-ə qədər 0,40 dollar (0,43%) azalaraq bir barel üçün 92,47 dollara enib. Ötən gün bu müqavilə 2,45 dollar (2,71%) bahalaşaraq bir barel üçün 92,87 dollar olmuşdu.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026