14:20 - 5.10.2026
5 Oktyabr, Fineko/abc.az. Avropa ölkələri bu ilki istilik mövsümünə son illərin en aşağı qaz ehtiyatı göstəricisi ilə daxil olur.
The Economist nəşrinin məlumatına görə, region üzrə yeraltı qaz anbarlarının doluluq səviyyəsi cəmi 72% təşkil edir ki, bu da müşahidə tarixi ərzində ilin bu dövrü üçün qeydə alınan ən aşağı göstəricidir. Müqayisə üçün qeyd edək ki, 2021–2025-ci illərdə bu göstərici orta hesabla 88% civarında olub.
Ən ciddi qaz qıtlığı Almaniyada müşahidə olunur – burada anbarların doluluq səviyyəsi təxminən 57%-ə enib. Ekspertlərin qiymətləndirməsinə görə, qışın mülayim keçəcəyi və dekabr ayınadək Qatardan qaz tədarükünün bərpa olunacağı təqdirdə Avropa mövsümü ciddi problemlər yaşamadan başa vura bilər.
Lakin havaların kəskin soyuması qaz təchizatı uğrunda Asiya bazarı ilə rəqabəti gücləndirə və qiymətlərin kəskin artmasına səbəb ola bilər. Bundan əlavə, digər enerji mənbələrində yarana biləcək kəsintilər, su elektrik stansiyalarında istehsalın azalması və atom elektrik stansiyalarının fəaliyyətinin dayandırılması da əsas risk faktorları sırasında göstərilir.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026