SOCAR Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqları üzrə yeni şirkət yaradıb

17:03 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin tələblərinə uyğun olaraq “SOCAR Balakhani” MMC-ni təsis edib.

2026-cı il iyunun 19-da dövlət qeydiyyatına alınan cəmiyyətin yaradılmasında məqsəd Saziş üzrə podratçı kimi SOCAR-ın iştirak payı çərçivəsində hüquq və öhdəliklərini icra etməkdir.

Baş icraçı direktoru Natiq Bağırov təyin edilən yeni şirkət Heydər Əliyev prospekti 121 ünvanında fəaliyyət göstərəcək.