Neft ucuzlaşır: Brentin bir bareli 101,52 dollar təşkil edir

09:22 - 5.10.2026


5 oktyabr, Fineko/abc.az. Bazar ertəsi günü keçirilən hərraclar zamanı etalon markaların qiymətləri aşağı düşür.

Saat 09:20-yə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin dekabr fyuçersi 0,73 dollar (0,71%) ucuzlaşaraq bir bareli 101,52 dollar təşkil edib. Oktyabrın 2-də keçirilən hərracların yekununda bu müqavilənin qiyməti 0,06 dollar (0,06%) azalaraq bir bareli 102,25 dollar olub.

NYMEX birjasında WTI neftinin noyabr fyuçersi saat 09:20-yə qədər 1,14 dollar (1,25%) aşağı düşərək bir bareli 89,97 dollar təşkil edib. Oktyabrın 2-də keçirilən hərracların yekununda bu müqavilənin qiyməti 1,76 dollar (1,90%) ucuzlaşaraq bir bareli 91,11 dollar olub.