12:27 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən “TEF Construction” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə xaricə ödənilmiş valyuta vəsaitinin müqabilində malların idxal edilməməsi və ya vəsaitin geri qaytarılmaması) ilə protokol tərtib olunaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Protokola əsasən, şirkət 2024-cü ildə Türkiyənin “TEFO İNŞAAT” şirkətinə 1 200 000 dollar vəsait köçürsə də, iki il ərzində mallar ölkəyə idxal edilməyib və məbləğ vaxtında geri qaytarılmayıb.
Məhkəmə iclasında MMC nümayəndəsi bildirib ki, məhsulların keyfiyyətsiz olması səbəbindən onların qəbulundan imtina edilib və Türkiyə tərəfinin maliyyə çətinliklərinə baxmayaraq, aparılan danışıqlar nəticəsində 1 200 000 dollar vəsait 2026-cı ildə MMC-nin bank hesabına tam geri qaytarılıb.
Məhkəmə təqdim olunan bank cıxarışlarını, müqavilələri və rəsmi məktubları araşdıraraq şirkətin təqsirinin müəyyən edilmədiyi qənaətinə gəlib və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, 2024-cü ildə yaradılan 10 manat nizamnamə kapitallı “TEF Construction” MMC-nin direktoru Nicat Məmmədlidir.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026