İqtisadiyyat nazirliyi buna görə inzibati binasına 1,26 milyon manat xərcləyəcək

17:01 - 5.10.2026


5 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin inzibati binası üçün 1,26 milyon manatlıq avadanlıq alınacaq.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC İqtisadiyyat Nazirliyinin inzibati binası üçün bəzi avadanlıqların, ehtiyat hissələrinin və digər materialların satın alınmasını planlaşdırır.

Satınalmanın ehtimal olunan qiyməti 1 259 875,35 manat təşkil edir.