“Chainline” MMC xaricə köçürdüyü 21 min dolları geri qaytarmadığı üçün cərimələnib

16:17 - 5.10.2026


5 oktyabr, Fineko/abc.az. “Chainline” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində növbəti inzibati protokol tərtib edilib.

Şirkət 2024-cü ildə xaricə avans olaraq 21 min ABŞ dolları köçürsə də, valyuta tənzimlənməsi qaydalarının tələblərinə zidd olaraq 2 il ərzində həmin vəsait müqabilində malları ölkəyə idxal etməyib və ya məbləği geri qaytarmayıb.

Bu səbəbdən MMC-yə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət xətanın obyekti olmuş vəsaitin 20 faizi miqdarında, yəni 4,2 min ABŞ dolları cərimələnib.

Qeyd edək ki, 2023-cü ildə yaradılan və direktoru Roman Kolbin olan cəmiyyət Azərbaycan Mərkəzi Bankı tərəfindən bu ilin iyul və avqust aylarında da eyni maddə ilə müvafiq olaraq 1790 və 1787 avro cərimə olunmuşdu.

©Yurd.media