Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır - Əliyev

15:24 - 8.05.2024


8 may, Fineko/abc.az. Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır.

ABC.AZ xəbər verir ki, nu sözləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.

“Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, – deyə dövlət başçısı əlavə edib.