11:40 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında fəaliyyətini özünüidarəetmə prinsipi ilə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs statuslu Özəl Məhkəmə Ekspertlərinin Palatası təsis olunacaq.
İdarə Heyətinin sədri tərəfindən rəhbərlik ediləcək Palatanın maliyyə mənbələrinə üzvlük haqları, intizam cərimələri və ianələr daxildir. Şəxslər Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq, fəaliyyətlərinə xitam verildikdə isə üzvlükdən çıxarılacaqlar.
Palata özəl ekspertlərin fəaliyyətini əlaqələndirmək, imtahanlara hazırlıq və təlimlərə dəstək vermək, etik kodeksə riayət olunmasına nəzarət etmək, intizam icraatının başlanılması üçün təqdimat vermək, ekspertləri dövlət qurumlarında təmsil etmək və qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək səlahiyyətlərinə malik olacaq.
Keçid müddəalarına əsasən, Palata dövlət qeydiyyatına alınanadək onun səlahiyyətlərini müvafiq icra hakimiyyəti organı icra edəcək və üzvlük haqları ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək. Palatanın Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş özəl ekspertlər tərəfindən təsis edilməsi, 2027-ci il iyulun 1-dək ekspertlərin sayı 50 nəfərə çatmazsa, təsis yığıncağının azı üçdə iki iştirakla keçirilməsi, bir il ərzində təsis olunmazsa isə iclasın müvafiq dövlət qurumu tərəfindən çağırılması nəzərdə tutulur.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026