17:28 - 3.08.2018
3 avqust, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni təyinat olub.
Bankın saytında təqdim edilən məlumata görə, Nərgizxanım Biləndərli korporativ biznes üzrə baş direktor təyin olundu.
Nərgizxanım Biləndərli bank sektorunda 1995-ci ildən fəaliyyət göstərir və indiyə qədər "Bank of Baku" ASC və "Bank Standard" QSC-də fəaliyyət göstərmişdi. Sonuncu təyinatına qədər isə iş yeri Bank VTB (Azerbaijan) olub.
5 Avqust 2026
5 Avqust 2026