Azərbaycanda keçirilən valyuta hərracı nəticəsində dolların məzənnəsi dəyişmədi

15:19 - 2.08.2018


2 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

“Avqustun 2-də  Mərkəzi Bank Dövlət Neft Fondunun  iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

İyulun 31-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.