10:48 - 18.04.2024
18 aprel, Fineko/abc.az. Azərbaycanla sərhədlərin mümkün delimitasiyası prosesindən öncə növbədənkənar parlament seçkiləri keçirmək planlaşdırılmır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Tavuş mərzində səfərdə olarkən bildirib.
“Düşünürəm ki, bu, bizə lazım deyil. Etdiklərimiz qlobal geosiyasi dəyişikliklərə reaksiyasdır”, – hökumət başçısı vurğulayıb.