Yaponiyada iflasların sayı 9 ildə ən yüksək həddə çatıb

11:06 - 9.04.2024


9 aprel, Fineko/abc.az. 2024—cü ilin martın 31-də başa çatan 2023-cü maliyyə ilində Yaponiyada iflasların sayı bir il əvvəlki ilə nisbətən 30% artaraq doqquz ildə ən yüksək həddə çatıb.

ABC.AZ xəbər verir ki, beləliklə, 8881 şirkət iflas prosesinə 1 aprel 2023-cü il tarixindən 31 mart 2024-cü il tarixinədək başlayıb ki, bu da 2022-ci maliyyə ili göstəricilərindən 30,6% yüksəkdir.

İflasların sayının bu qədər əhəmiyyətli dərəcədə artmasının əsas səbəbi koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan yüngülləşmələrin və güzəşt rejiminin başa çatması və bir çox şirkət üçün kredit borclarının qaytarılmasının mümkünsüzlüyü hesab olunur.