Valyuta hərracında dolların məzənnəsi Azərbaycanda dəyişmədi

12:57 - 31.07.2018


31 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə bu gün valyuta hərracı keçirib.

“İyulun 31-də  Mərkəzi Bank Dövlət Neft Fondunun  iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracının yekununda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

İyulun 26-da keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.