Mərkəzi Bank 32 sığorta agentinin lisenziyasını dayandırdı

17:06 - 14.03.2024


14 mart, Fineko/abc.az. Mərkəzi Bank 32 fiziki şəxs olan sığorta agentinə və 2 fiziki şəxs olan sığorta brokerinə verdiyi lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar martın 11-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb.