11:38 - 6.10.2026
6 Oktyabr, Fineko/abc.az. ABŞ birja indeksləri həftənin ilk ticarət gününü texnologiya nəhənglərinin dəstəyi ilə artımla başa vurub. Səhmlərin yüksəlməsində güclü korporativ mənfəət göstəriciləri, davamlı istehlak xərcləri və süni intellektə yatırılan iri həcmli investisiyalar əsas drayver olub.
Nəticədə Nasdaq 100 indeksi yeni tarixi zirvəni fəth edib, S&P 500 isə növbəti rekorduna yaxınlaşıb.
Buna baxmayaraq, istiqraz bazarında satış təzyiqi davam edir; ABŞ-ın 10 illik Xəzinə istiqrazlarının gəlirliliyi 5,32%-ə çataraq 2002-ci ildən bu yana ən yüksək səviyyəyə qalxıb. Əmtəə bazarlarında Brent markalı neftin bir bareli 100,90 dollara yüksəlib, WTI nefti 90 dollardan aşağı düşüb, qızılın unsiyası isə 4 120 dollar civarında qərarlaşıb. A
vropadakı siyasi və büdcə qeyri-müəyyənlikləri fonunda avro dollar qarşısında son 17 ayın minimumuna geriləyib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026