11:19 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. Azərbaycan bank sektorunda manatla olan mövcud kredit və müddətli depozit portfeli üzrə faiz fərqi (spred) 2026-cı ildə genişlənməyə davam edərək sentyabrın başlanğıcına 6,63 faiz bəndinə çatıb.
Azərbaycan Mərkəzi Bankının statistikası əsasında aparılan hesablamalara görə, xüsusilə fiziki şəxslərin manatla müddətli əmanətlərinin orta faizi 9,95%, onlara verilmiş kreditlərin orta faizi isə 17,36% təşkil etməklə aradakı fərq 7,41 faiz bəndinə yüksəlib ki, bu da 2021-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.
Bənzər tendensiya hüquqi şəxslərin manat portfelində də qeydə alınıb və fərq 4,81 faiz bəndinə çatıb. Xarici valyutada isə belə genişlənmə müşahidə olunmayıb və göstəricilər sabit qalıb.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026