11:03 - 6.10.2026
6 Oktyabr, Fineko/abc.az. Keçmiş "Google DeepMind" tədqiqatçıları tərəfindən təsis edilən və "Nvidia" tərəfindən dəstəklənən ABŞ-ın "Reflection AI" startapı ilk açıq çəkili (open-weight) süni intellekt modelini — "Beam"i təqdim edib.
Ümumilikdə 501 milyard parametrə malik bu model proqramlaşdırma (coding), mürəkkəb mühakimə və müstəqil agent tapşırıqlarının (agentic tasks) icrası üçün xüsusi olaraq layihələndirilib.
Şirkətdən bildirilib ki, "Beam" modeli "DeepSeek", "Kimi" və "GLM-5.2" kimi ucuz xərcli Çin modelləri ilə rəqabət aparmaq üçün hazırlanıb. Məlumata görə, "Beam" Çin analoqları ilə müqayisədə 3-4 dəfə daha az hesablamalar aparmaqla oxşar yüksək nəticələr göstərməyə nail olur.
"Apache 2.0" lisenziyası altında bu ayın sonunadək ictimaiyyətə açıqlanacaq bu model ABŞ-ın açıq Sİ bazarında mövqelərini möhkəmləndirmək və biznes seqmentinə xüsusi imkanlar təqdim etmək məqsədi daşıyır.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026