17:10 - 30.07.2018
30 iyul, Fineko/abc.az. “Azər Türk Bank”ın aktivləri 2018-ci ilin birinci rübü ilə müqayisədə 30 iyun 2018-ci il tarixinə 8%-dək artaraq 313,7 milyon manat təşkil etmişdir.
“Azer-Turk Bank”dan verilən məlumata əsasən, bankın kredit portfelinin həcmi 14% yüksələrək 133,2 milyon manat təşkil etmişdir.
İlin birinci yarısında fəaliyyət nəticələrinə əsasən bankın xalis gəliri 352,7 min manat təşkil etmişdir.
Bankın kapitalı 30 iyun 2018-ci il tarixinə 53,3 milyon manat, nizamnamə kapitalı 50 milyon manat təşkil edir.
“Azer-Turk Bank”ın məlumatında deyilir ki, Bankın depozit portfeli 159 milyon manat, o cümlədən, əhalinin əmanətləri 2,7% artaraq 79,3 milyon manat təşkil edib.
Rüb ərzində Bankın müştərilərinin sayı 24% artaraq 35 660 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026