12:11 - 30.07.2018
30 iyul, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-in məlumatında deyildiyi kimi, bu günkü hərracda 350 milyon manat cəlb edilib.
“Depozit hərracında təklif 904,09 milyon manat təşkil edib. Depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-in məlumatında belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026