17:09 - 5.03.2024
5 mart, Fineko/abc.az. 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı koronavirus (COVID-19) pandemiyasından əvvəlki dövrə nisbətən 65% bərpa olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bərpa prosesi daha çox qeyri-ənənəvi bazarlar üzrə müşahidə edilib.
Ötən il ölkəyə gələnlərin 13.9%-i 1 gün, 19.3%-i 1-3 gün, 24.4% 4-7 gün, 8.9%-i 8-14 gün, 1.8%-i 15-21 gün, 31.7%-i isə 21 gündən çox qalıb.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026